"Liverpul" mövsümün sonunda komandadan ayrılacağını açıqlayan Məhəmməd Salaha əvəzləyici axtarır.

Matc.az xəbər verir ki, Mersisayd təmsilçisinin hədəfində üç futbolçu var. 

Bunlar "Nyukasl"da çıxış edən Entoni Qordon, "Leypziq" forması geyinən Yan Diomande və "Bavariya"nın vingeri Maykl Olisedir. Klub rəhbərliyi bu mövqeyə transfer üçün 140 milyon avroluq büdcə ayıracaq.

Qeyd edək ki, "Liverpul" Məhəmməd Salahı 2017-ci ildə "Roma"dan transfer edib. 33 yaşlı vinger bu mövsüm komandanın heyətində keçirdiyi 34 oyunda 10 qol vurub, 9 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest