Mövsümün sonunda "Bavariya" ilə müqaviləsi başa çatan Leon Qoretska karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

"Fənərbaxça" yayda azad agent statusunda olacaq futbolçunu transfer etmək istəyir. İstanbul nəhəngi Almaniya millisinin tələb etdiyi 10 milyon avro imza pulunu və illik 7 milyon avro maaşı ödəməyə hazırdır.

Qeyd edək ki, Leon Qoretska 2018-ci ilin yayından "Bavariya"da çıxış edir. 31 yaşlı yarımmüdafiəçi bu mövsüm Münhen təmsilçisinin heyətində keçirdiyi 37 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest