Fransa millisi və "Arsenal"ın sabiq hücumçusu Tyerri Anri "Goal.com" saytının tərtib etdiyi XXI əsrin ən yaxşı Premyer Liqa futbolçuları siyahısına başçılıq edir.
Matc.az xəbər verir ki, siyahıda 25 oyunçuya yer verilib.
XXI əsrin ən yaxşı Premyer Liqa futbolçuları:
1. Tyerri Anri
2. Pol Skoulz
3. Ueyn Runi
4. Kevin De Bruyne
5. Məhəmməd Salah
6. Stiven Cerrard
7. Frenk Lempard
8. Patrik Vieyra
9. Kriştiano Ronaldo
10. David Silva
11. Serxio Aquero
12. Eden Hazard
13. Vinsent Kompani
14. Didye Droqba
15. Rodri
16. Rio Ferdinand
17. Con Terri
18. Harri Keyn
19. Erlinq Haland
20. Virgil van Deyk
21. Petr Çex
22. Eşli Koul
23. Luis Suares
24. Sesk Fabreqas
25. Yaya Ture
Xatırladaq ki, Anri 1999-cu ildən 2007-ci ilə qədər və 2012-ci ildə "topçular"da oynayıb. Fransız hücumçu "Arsenal" ilə 2 İngiltərə çempionluğu, 3 İngiltərə Kuboku və 2 Superkubok qazanıb.












