"Arsenal" mövsümün sonunda Ben Uaytla yollarını ayırmağı planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə "Hand of Arsenal" portalı məlumat yayıb.

"Everton" ingiltərəli futbolçunun xidmətində maraqlıdır. Mersisayd təmsilçisi 28 yaşlı sağ cinah müdafiəçisinin transferi üçün London klubu ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Ben Uayt bu mövsüm "Arsenal"ın heyətində keçirdiyi 21 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest