25 Mart 2026, 15:14
FUTBOL
"Barselona" "Qalatasaray"ın hücumçusu Viktor Osimheni transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Kataloniya təmsilçisinin hücum xətti üçün əsas namizədi "Atletiko"da çıxış edən Xulian Alvaresdir. Argentinalı forvardın transferi baş tutmasa, "Barselona" Osimheni heyətinə qatmağa çalışacaq. Nigeriyalı futbolçu özü də İspaniya çempionuna keçməyə isti yanaşır.
Qeyd edək ki, Viktor Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində bütün turnirlərdə keçirdiyi 29 oyunda 19 qol vurub, 7 qol ötürməsi edib.












