"Liverpul" UEFA Çempionlar Liqası 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Qalatasaray"a 0:1 hesabı ilə uduzub.

Matc.az xəbər verir ki, İngiltərə çempionunun baş məşqçisi Arne Slot qarşılaşmadan sonra açıqlama verib. Niderlandlı mütəxəssis qol epizodlarını dəyərləndirə bilmədiklərini deyib:

"Çoxlu qol fürsətləri yaratdıq. Amma bunlardan istifadə edə bilmədik. İlk 15 dəqiqədə çox yaxşı oynadıq. Həmin anlarda qol vura bilərdik. Bura həm rəqib futbolçular üçün, həm də baş məşqçilər üçün çox çətin stadiondur. Oyuna köklənmək və futbolçularda ünsiyyət qurmaq çətindir. "Qalatasaray" belə bir stadiona sahib olduğu üçün çox şanslıdır. Evimizdə cavab matçı oynayacağıq. Bizə hər zaman güc verən azarkeşlərimiz var. "Enfild Roud"da bunu göstərəcəklər və bizi irəli aparacaqlar".

Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü martın 18-dən 19-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest