09 Mart 2026, 22:20
ÇEMPİONLAR LİQASI
UEFA Çempionlar Liqası 1/8 final mrəhələsinin "Bayer"lə "Arsenal" arasında keçiriləcək ilk matçını türkiyəli hakimlər idarə edəcək.
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Oyunun baş hakimi Halil Umut Meler olacaq. Ona yan xətt hakimləri İbrahim Çağlar Uyarcanla Abdullah Özkara köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Cihan Aydın yerinə yetirəcək.
Qeyd edək ki, "Bayer" - "Arsenal" qarşılaşması martın 11-də keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.




_1773096960.jpg)







