"Liverpul" UEFA Çempionlar Liqası 1/4 final mrəhələsinin "Qalatasaray"la ilk oyununa ciddi itkilərlə çıxacaq.

Matc.az xəbər verir ki, Mersisayd təmsilçisinin 5 futbolçusu istanbul səfərində komandaya kömək edə bilməyəcək.

Qapıçı Alisson Beker, müdafiəçi Konor Bredli, yarımmüdafiəçilər Vataru Endo, Federiko Kyeza və hücumçu Aleksandr İsak zədəlidir. Bu futbolçular kollektivlə birlikdə Türkiyəyə aparılmayıb.

Qeyd edək ki, "Qalatasaray" - "Liverpul" matçı sabah Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest