09 Mart 2026, 12:35
FUTBOL
"Nyukasl"ın müdafiəçisi Tino Livramento Premyer Liqada klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
"Mançester Siti" İngiltərə millisinin üzvünü transfer etmək istəyir. 23 yaşlı sağ cinah müdafiəçisinin keçidinin təxminən 80 milyon avroya başa gələcəyi bildirilir.
Qeyd edək ki, Tino Livramento bu mövsüm "Nyukasl"ın heyətində keçirdiyi 20 oyunda 1 qol ötürməsi edib.



_1773058412.jpg)








