"Mançester Yunayted" potensial transfer hədəfləri siyahısına "Bornmut"un yarımmüdafiəçisi Markus Tavernyeri də daxil edib.

Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Bildirilir ki, "qırmızı şeytanlar" 26 yaşlı futbolçunu bu yay transfer edə bilər.

Tavernye 2022-ci ilin yayından "albalılar"da çıxış edir. Bu mövsüm ingilis yarımmüdafiəçi bütün yarışlarda 26 oyunda meydana çıxıb, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.

Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 20 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest