"Liverpul" rəhbərliyi baş məşqçi Arne Slotdan komandanın Çempionlar Liqası və İngiltərə Kubokundakı çıxışına üstünlük verməsini istəyib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Touchline" paylaşıb.

Bildirilir ki, klub cari mövsümü kuboklarla başa vurmaq niyyətindədir. Eyni zamanda, "Liverpul" rəhbərliyi maliyyə itkilərindən qaçmaq üçün Premyer Liqada mövsümünü ilk "dördlük"də başa vurmağa ümid edir.

Qeyd edək ki, "Liverpul" Premyer Liqada 29 turundan sonra 48 xalla turnir cədvəlində altıncı sırada qərarlaşıb.

Solutun komandası İngiltərə Kubokunda "Vulverhepton"u 3:1 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.

Çempionlar Liqasında isə 1/8 final mərhələsində "Qalatasaray"la qarşılaşacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest