Ttədbir bu gün Bakı vaxtı ilə saat 15:00-da İsveçrənin Nyon şəhərində baş tutacaq.
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.
Matc.az xəbər verir ki, tədbir bu gün Bakı vaxtı ilə saat 15:00-da İsveçrənin Nyon şəhərində baş tutacaq.
Bu raundda Liqa mərhələsini ilk 8 pillədə başa vuran komandalar və pley-offun qalibləri iştirak edəcəklər.
Liqa mərhələsinin ilk "8-liy"i: "Arsenal" (İngiltərə), "Bavariya" (Almaniya), "Liverpul" (İngiltərə), "Tottenhem" (İngiltərə), "Barselona" (İspaniya), "Çelsi" (İngiltərə), "Sportinq" (Portuqaliya), "Mançester Siti" (İngiltərə).
Pley-off mərhələsinin qalibləri: "Real" (İspaniya), PSJ (Fransa), "Nyukasl" (İngiltərə), "Atletiko" (İspaniya), "Atalanta" (İtaliya), "Bayer 04" (Almaniya), "Qalatasaray" (Türkiyə), "Budyo Qlimt" (Norveç).
Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları martın 10-11-i və 17-18-də keçiriləcək.












