"Yuventus" UEFA Çempionlar Liqası pley-off mərhələsinin cavab matçında "Qalatasaray"a qalib gəlsə də (3:2), turnirdəki çıxışını başa vurub.
Matc.az xəbər verir ki, Turin təmsilçisinin kapitanı Manuel Locatelli oyundan sonra komandasının çıxışını şərh edib. İtaliyalı yarımmüdafiəçi meydanda yaxşı mübarizə apardıqlarını deyib:
“Ağlamaq istəyirəm. Bütün qəlbimizi və ruhumuzu ortaya qoyduq. Belə oyunlar isə izsiz ötüşmür. Azarkeşlərə və komanda yoldaşlarıma təşəkkür edirəm. Bu qarşılaşma yaddaşımızda qalacaq və gələcək üçün bizə enerji verməlidir. Sahib olduğumuz hər şeyi, bütün ruhumuzu meydanda qoyduq. Baş məşqçi Luçano Spalletti ilə birlikdə özümüzə inamı bərpa etdik. Səhvlər ola bilər, amma əsas məsələ onlara necə reaksiya verməyimizdir".
Qeyd edək ki, "Qalatasaray" iki görüşün nəticəsinə əsasən 7:5 hesablı üstünlük əldə edərək 1/8 final mərhələsinə yüksəlib.












