"Benfika"nın baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Real"la cavab oyununu komandanın avtobusundan izləyib.
"Benfika"nın baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Real"la cavab oyununu komandanın avtobusundan izləyib.
Matc.az xəbər verir ki, bu barədə "Record" nəşri məlumat yayıb.
Portuqaliyalı mütəxəssis Lissabonda keçirilən ilk matçda qırmızı vərəqə alıb. Buna görə də o texniki zonada yer ala bilməzdi. 63 yaşlı məşqçi qarşılaşmanı tribunadan izləmək əvəzinə avtobusdan izləməyi üstün tutub.
Qeyd edək ki, "Real" - "Benfika" qarşılaşması meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. İki görüşün nəticəsinə əsasən 3:1 hesablı üstünlük əldə edən "kral klubu" 1/8 finala yüksəlib.











_1772098688.jpg)
