Norveçin "Bodo-Qlimt" komandası Çempionlar Liqasında unikal nailiyyətə imza atıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "OptaJoe" paylaşıb.

Çetil Knutsenin komandası pley-off mərhələsində "İnter"i turnirdən kənarlaşdıra bilib. Skandinaviya komandası ötən ilki finalçıya qarşı ümumi hesabda 5:2 (3:1, 2:1) üstünlük əldə edərək buna nail olub.

Bu uğurla "Bodo-Qlimt" TOP-5 liqalarından kənar komandalar üçün unikal bir rekorda imza atıb. Norveç klubu Çempionlar Liqasında İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa komandalarına qarşı ardıcıl 4 qələbə qazanan ilk komanda olub.

Oxşar seriya sonuncu dəfə 1971/72 mövsümündə Niderlandın "Ayaks" klubu tərəfindən qeydə alınıb. Qeyd edilən mövsümdə Amsterdam komandası sonda yarışı qalibi olub. Həmin vaxt turnirn adı Avropa Çempionlar Kuboku idi.

Xatırladaq ki, "Bodo-Qlimt"in qələbə seriyası liqa mərhələsində başlayıb. Norveçlilər "İnter" üzərində iki qələbə qazanmazdan əvvəl "Mançester Siti"ni (3:1) və Madird "Atletiko"sunu (2:1) da məğlub edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest