"Kristal Pelas" rəhbərliyi mövsümün sonuna qədər baş məşqçi Oliver Qlasneri əvəz etməyi planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Football Insider" paylaşıb.

Qlasnerlə mümkün müqavilənin uzadılması ilə bağlı danışıqları bərpa etdikdən sonra klubun direktorlar şurası gözlənilməz bir qərar verib. Qlasneri qalmağa razı salmaq üçün edilən növbəti cəhd rədd etdikdən sonra, idarə heyəti yaxın gələcəkdə baş məşqçi dəyişikliyi etmək qərarına gəlib.

Klub İngiltərə millisinin sabiq çalışdırıcısı Qaret Sautqeyti cəlb etməyə çalışır və ona cari mövsümünün sonuna qədər müvəqqəti vəzifə təklif edir. 1990-cı illərdə "Kristal Pelas"da oynamış və klub üçün 150-dən çox oyun keçirmiş Sautqeyt məşqçi dəyişikliyi prosesində əsas fiqur ola bilər.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest