"Neftçi"nin futbolçusu Vensan Abubakar Azərbaycan futbolunda hakimliyin durumundan narazıdır.

Matc.az xəbər verir ki, kamerunlu ulduz oyunçu "Neftçi TV"yə müsahibəsində bu haqda danışıb.

O, "Azərbaycanda futbolun inkişafı üçün bir şeyi dəyişmək imkanın olsaydı, nəyi dəyişərdin" sualını belə cavablandırıb:

"Birinci məsələ hakimlərlə bağlıdır. Hakimlər dəyişməlidir, bu, ilk addımdır. İkinci məsələ isə məncə, stadionda daha çox azarkeş olmalıdır. Düşünürəm ki, bunlar müsbətə doğru dəyişsə, liqa da dəyişəcək. Amma əsas məsələ olaraq hesab edirəm ki, hakimlik müasirləşməlidir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest