"Mançester Yunayted" "Qarabağ"ın Çempionlar Liqasının pley-offundakı rəqibi "Nyukasl"ın oyunçuları Sandro Tonali və Entoni Qordonu almaq barədə müzakirələr aparır.

Matc.az xəbər verir ki, bu barədə TEAMtalk məlumat yayıb.

Bildirilir ki, Qordonun "qırmızı şeytanlar"a transfer haqqı 109 milyon avro, Tonalininki isə 91,5 milyon avro ola bilər. Lakin "sağsağanlar" hücumçu və yarımmüdafiəçinin yayda komandadan ayrılmasının qarşısını almaq üçün bütün tədbirləri görmək niyyətindədirlər. Bu, transferlərin baş tutmasını çətinləşdirə bilər.

Bu mövsüm Tonali bütün yarışlarda 41 oyunda meydana çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə edib. Qordon isə 37 oyunda meydana çıxıb, 14 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" qarşılaşması fevralın 25-dən 26-na keçən gecə "Sent Ceyms Park"da baş tutacaq. Komandalar arasında Bakıda keçirilən ilk oyun ingilislərin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest