Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Matc.az xəbər verir ki, iclasda Misli Premyer Liqasınn 20-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
“Kəpəz” – “Neftçi” oyununun 71-ci dəqiqəsində “Kəpəz”in 27 nömrəli futbolçusu Məqsəd İsayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyunluq cəzalandırılıb, “Kəpəz” 1000 manat cərimə edilib.
Bu oyunda “Kəpəz” azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Kəpəz” komandası 8000 manat cərimə edilib.
Həmin görüşdə “Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Neftçi” 8000 manat cərimələnib.
“Araz-Naxçıvan” – “Sumqayıt” oyununda “Araz-Naxçıvan”dan 6 nəfər sarı vərəqə aldığı üçün Naxçıvan klubu 700 manat cərimə edilib.
Bu matçın 74-cü dəqiqəsində “Sumqayıt”ın 9 nömrəli futbolçusu Aleksandr Ramalinqom təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmayacaq. "Sumqayıt” isə 3000 manat cərimələnib.
Sözügedən qarşılaşmada “Sumqayıt” azarkeşləri tərəfindən rəqib komandanın və hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə "gənclik şəhəri" təmsilçisi 6000 manat cərimələnib.











_1771417731.jpg)
