20 Fevral 2026, 12:17
FUTBOL
"Qalatasaray"ın sabiq futbolçusu Cimmi Durmaz karyerasını başa vurub.
Matc.az xəbər verir ki, 2025-ci ilin yayından klubsuz olan isveçli bununla bağlı paylaşım edib.
Durmaaz 36 yaşında peşəkar futbolla vidalaşdığını açıqlayıb.
Qeyd edək ki, ölkəsində "Forvard", "Malmö", AİK kimi klublarda çıxış etmiş təcrübəli oyunçu "Gənclərbirliyi", "Olimpiakos", "Tuluza", "Qalatasaray", "Fatih Karagümrük"ün formasını geyinib. Onun son klubu Türkiyə III Liqasında mübarizə aparan "Etimesqut" olub. Cimmi İsveç millisinin heyətində keçirdiyi 49 oyunda 3 qol vurub.












