PSJ məhkəmə qərarına əsasən Kilian Mbappeyə borclu olduğu 6 milyon avrodan 4 milyonunu ödəyib.

Matc.az xəbər verir ki, bu barədə "L’Équipe" məlumat yayıb.

Paris klubuna məhkəmə icraçıları baş çəkib. Bundan sonra PSJ rəhbərliyi 27 yaşlı futbolçunun hesabına vəsaiti köçürüb.

Lakin münaqişə bununla yekunlaşmayıb. Mübahisə 2 milyon avro ilə bağlıdır. PSJ Fransa millisinin üzvü ilə tam hesablaşdığını bildirir və məbləğ fərqini maaşdan tutulmuş sosial ödənişlərlə izah edir. Ancaq futbolçunun tərəfi bu mövqe ilə razılaşmır.

Xatırladaq ki, PSJ ilə Mbappe arasındakı münaqişə futbolçunun 2024-cü ilin yayında azad agent kimi "Real"a keçməsindən sonra başlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest