19 Fevral 2026, 17:40
FUTBOL
"Palmeyras"ın futbolçusu Allan karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb.
"Liverpul" 21 yaşlı vingerin keçidini həll etməyə yaxındır. Klubların 35 milyon avro qarşılığında razılıq əldə edəcəyi bildirilir.
Qeyd edək ki, Allan "Palmeyras"ın yetirməsidir. Braziliya oyunçu bu mövsüm komandanın heyətində keçirdiyi 10 oyunda 2 qol vurub.


_1771525279.jpg)









