19 Fevral 2026, 09:20
FUTBOL
PSJ-nin hücumçusu Dezir Due "Real"ın maraq dairəsinə düşüb.
Matc.az xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.
Madrid klubu gənc oyunçunu transfer etməyi ciddi şəkildə nəzərdən keçirir. İspaniyalılar oyunçunun transferi üçün 100 milyon avro ödəməyə hazırdır. "Real" Dueyə hazırda Paris klubunda aldığından daha çox oyun müddəti təklif edə bilər.
Qeyd edək ki, Dezir Due 2024-cü ildə PSJ-yə 50 milyon avroya "Renn"dən keçib. Onun müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir. Bu mövsüm hücumçu bütün yarışlarda Parislilərin heyətində 23 oyunda iştirak edib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.
"Transfermarkt" onun dəyərini 90 milyon avro qiymətləndirir.










_1771497316.jpg)

