"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının XXVII turunun "Vulverhempton"la matçından (2:2)sonra fikirlərini bölüşüb.

Matc.az BBC-yə istinadən xəbər ispaniyalı mütəxəssis

“Bunu qəbul etmək çox çətindir. İkinci hissədə Premyer Liqa oyununu qazanmaq üçün lazım olan səviyyədə çıxış etmədik. Hazırda qiymət vermək daha yaxşı deyil, çünki hamıda həddindən artıq emosiyalar var. Bu zərbəni qəbul etməliyik, biz buna layiq idik. Emosiyalarla komandaya zərər verə biləcək nəsə demək asandır. Hamı ən yaxşısını istəyir. Çətin dövrlərdən də keçmək lazımdır. Son dəqiqədə bunun əvəzini ödədik. Əsas məqamları etdiyimizdən qat-qat yaxşı yerinə yetirməliyik.
Özümüzə qarşı tənqidi yanaşmalıyıq, çünki kifayət qədər yaxşı oynamadıq. Son aylarda çempionatda qeyri-sabit çıxış edirik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest