18 Fevral 2026, 23:56
FUTBOL
"Nyukasl"ın hücumçusu Entoni Qordon UEFA Çempionlar Liqası tarixində qarşılaşmanın ilk hissəsində 4 qol vuran ikinci oyunçu olub.
Matc.az xəbər verir ki, bu rekord əvvəllər Luiz Adrianoya məxsus idi.
O, 2014-cü ilin oktyabrında Donetsk "Şaxtyor"nun heyətində BATE komandasına qarşı oyunda bu nəticəyə nail ola bilib.
Qeyd edək ki, "Qarabağ" pley-off mərhələsinin ilk oyununda "Nyukasl"a 1:6 hesabı ilə uduzub. Pley-offun cavab qarşılaşması isə fevralı 24-də baş tutacaq.












