Rusiyanın ÇSKA klubu "Levante"də çıxış edən Karl Etta Eyonqu transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İspaniya təmsilçisi Moskva klubunun 30 milyon avroluq təklifini qəbul edib. Lakin kamerunlu hücumçu Rusiyada oynamaq istəmir. 22 yaşlı forvard karyerasını Avropada davam etdirmək niyyətindədir.

Qeyd edək ki, Karl Etta Eyonq bu mövsüm "Levante"nin heyətində keçirdiyi 23 oyunda 6 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest