"Qalatasaray"ın hücumçusu Viktor Osimhen Avropanın böyük klublarının transfer siyahısında yer alıb.

Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Atletiko", "Bavariya" və PSJ nigeriyalı forvardı transfer etmək istəyir. 27 yaşlı futbolçunun yayda Türkiyəni tərk etmək və başqa kluba keçmək ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, Viktor Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində keçirdiyi 23 oyunda 15 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest