"Zenit" "Beşiktaş"ın kapitanı Orkun Kökçünü transfer etmək istəyib.

Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

Rusiya klubu 25 yaşlı yarımmüdafiəçi üçün İstanbul nəhənginə 30 milyon avroluq təklif göndərib. "Ağ-qaralar" bu təklifi qəbul etməyib.

Qeyd edək ki, "Beşiktaş" Orkun Kökçünü mövsümün əvvəlində "Benfika"dan transfer edib. Türkiyə millisinin üzvü "qara qartallar"ın heyətində keçirdiyi 27 oyunda 5 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest