"Tottenhem" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Matc.az xəbər verir ki, London təmsilçisinin əsas hədəfi "Bornmut"da çıxış edən Markos Senesidir. Bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.

Argentinalı futbolçunun klubu ilə müqaviləsi yayda başa çatır. "Tottenhem" bunu nəzərə alaraq mövsümün sonunda azad agent statusunda olacaq28 yaşlı mərkəz müdafiəçisi ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Markos Senesi bu mövsüm "Bornmut"un heyətində keçirdiyi 27 oyunda 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest