AFFA ilə FIFA arasında imzalanmış lisenziya müqaviləsi çərçivəsində bu həftə AFFA-nın bayrağı altında keçirilən Yüksək Qızlar Liqasında daha iki oyun FIFA+ TV tərəfindən canlı yayımlanacaq.

Matc.az xəbər verir ki, XV tur çərçivəsində fevralın 13-də keçiriləcək “Sumqayıt” – “Araz-Naxçıvan” (13:30) və fevralın 14-də baş tutacaq “Dirçəliş” – “Şəfa” (14:30) görüşü platformada göstəriləcək.

Aşağıdakı linklərə keçid edərək həmin matçları izləyə bilərsiniz:  

“Sumqayıt” – “Araz-Naxçıvan”

“Dirçəliş” – “Şəfa”

Qeyd edək ki, saziş lisenziya müddəti ərzində - 2028-ci il sentyabrın 1-dək AFFA-nın bayrağı altında təşkil edilən yarışlardan seçilmiş matçları və video məzmunu (materialı) əhatə edir. Bu proqrama Azərbaycanın qadınlardan ibarət milli komandasının yoldaşlıq oyunları və Millətlər Liqasının seçmə görüşləri, AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə liqalar, Yüksək Qızlar Liqası, həmçinin sənədli filmlər və tələb üzrə video məzmun daxildir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest