"Nottingem Forest"in futbolçusu Morqan Gibbs-Uayt Premyer Liqada klubunu dəyişə bilər.

Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

"Aston Villa" İngiltərə millisinin üzvünü transfer etmək istəyir. 26 yaşlı hücumameyilli yarımmüdafiəçinin keçidinin 65 milyon avroya gerçəkləşmək ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, Morqan Gibbs-Uayt bu mövsüm "Nottingem Forest"in heyətində keçirdiyi 35 oyunda 7 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest