"Nyukasl" UEFA Çempionlar Liqası Liqa mərhələsinin pley-off mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Qarabağ"ın qonağı olacaq.

Matc.az xəbər verir ki, İngiltərə klubu Azərbaycana səfər edəcək azarkeşlərinə müraciət edib.

Klub matçın Ramazan ayında olduğunu fanatnların diqqətinə çatdırıb və onlardan oruc tutan yerli sakinlərə hörmətlə yanaşmasını xahiş edib. "Nyukasl" həmçinin, tarixi abidələrin ətrafında davranışlarına fikir verməli olduqlarını azarkeşlərin diqqətinə çatdırıb. Qeyd olunub ki, Şəhidlər Xiyabanı xüsusilə həssas məkandır. Burada hörmətsiz və ya narahatedici davranış polis müdaxiləsi ilə nəticələnə bilər.

Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" görüşü 18 fevral tarixində saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest