11 Fevral 2026, 13:40
FUTBOL
"Real"ın müdafiəçisi Antonio Rüdiger İngiltərə Premyer Liqasına qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
"Tottenhem" almaniyalı futbolçunun xidmətində maraqlıdır. İspaniya klubu ilə müqaviləsi yayda başa çatan 32 yaşlı mərkəz müdafiəçisi Premyer Liqaya qayıtmağa isti yanaşır.
Qeyd edək ki, Antonio Rüdiger bu mövsüm "Çelsi"nin heyətində 9 oyunda meydana çıxıb. Almaniya millisinin üzvü 2017-2022-ci illərdə İngiltərədə "Çelsi"nin formasını geyinib.









_1693390777.png)


