Çempionlar Liqasının Budapeştdə keçiriləcək final oyunu üçün xüsusi hazırlanmış topun təqdimatı olub.

Matc.az xəbər verir ki, bu barədə məlumatı UEFA-nın mətbuat xidməti paylaşıb.

Həlledici oyunda istifadə ediləcək top ənənəvi olaraq "adidas" firması tərəfindən dizayn edilib. Topun tərtibatında dizaynerlərin Budapeştin kimliyindən ilham aldıqları qeyd edilib.

Qeyd edək ki, Çempionlar Liqasının finalı mayın 30-da "Puşkaş Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest