09 Fevral 2026, 18:14
FUTBOL
"Liverpul" mövsümün əvvəlində "Bayer"ə satdığı Carell Kuansanı qaytarmağı planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
Klublar arasındakı anlaşmaya görə, İngiltərə çempionunun 2027-ci ilin yayında 23 yaşlı mərkəz müdafiəçisini heyətinə cəlb etmək hüququ var. "Liverpul"un bu hüququndan istifadə edəcəyi gözlənilir.
Qeyd edək ki, Carell Kuansa bu mövsüm "Bayer"in heyətində keçirdiyi 28 oyunda 2 qol vurub.












