09 Fevral 2026, 11:20
FUTBOL
"Mançester Yunayted"in müdafiəçisi Lisandro Martines karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "CaughtOffside" məlumat yayıb.
"Barselona" argentinalı futbolçunu transfer etmək istəyir. Kataloniya təmsilçisi yayda klubu ilə müqaviləsinin bitməsinə 1 il qalmış 28 yaşlı mərkəz müdafiəçisini heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, Lisandro Martines bu mövsüm "Mançester Yunayted"in heyətində 14 rəsmi oyunda meydana çıxıb.












