09 Fevral 2026, 12:05
MPL
"Biz hər oyuna qələbə üçün çıxırıq. Allah qoysa, bütün matçlarda qalib gələcəyik".
"Sabah" Misli Premyer Liqasının XIX turunda doğma meydanda "Araz-Naxçıvan"ı 4:1 hesabı ilə məğlub edib.
Matc.az xəbər verir ki, iki qol vuran Xəyal Əliyev oyundan sonra klubun mətbuat xidmətinə açıqlama verib. 21 yaşlı vinger komandada əhval-ruhiyyənin yaxşı olduğunu deyib:
"Hər oyunda qol vurduğum üçün çox sevinirəm. İnşallah davamlı olar. Qarşıdakı oyunda da qol vurub komadamı sevindirərəm. Biz hər oyuna qələbə üçün çıxırıq. Allah qoysa, bütün matçlarda qalib gələcəyik. Komandada əhval-ruhiyyə bomba kimidir".












