"Tottenhem"in zədəli müdafiəçisi Destini Udojinin durumuna aydınlıq gəlib.

Matc.az xəbər verir ki, bud əzələsindən zədə alan italiyalı futbolçu təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə baş məşqçi Tomas Frank məlumat verib.

23 yaşlı sol cinah müdafiəçisi Premyer Liqanın XXV turunun "Mançester Yunayted"lə matçında (0:2) sıradan çıxıb.

Qeyd edək ki, Destini Udoji bu mövsüm "Tottenhem"in heyətində keçirdiyi 20 oyunda 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest