09 Fevral 2026, 13:08
FUTBOL
"Bornmut" "Milan"dan icarəyə götürdüyü Aleks Ximenesin transfer hüquqlarına yiyələnib.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Premyer Liqa təmsilçisi ispaniyalı futbolçu üçün 20 milyon avroluq satınalma bəndini işə salıb. İngiltərə klubu 20 yaşlı sağ cinah müdafiəçisi ilə 5,5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, "Bornmut" Aleks Ximenesi mövsümün əvvəlində icarəyə götürüb. Gənc oyunçu komandanın heyətində keçirdiyi 23 oyunda 1 qol vurub, 1 qol öötürməsi edib.












