09 Fevral 2026, 18:33
FUTBOL
"Dinamo"nun müdafiəçisi Saba Xarebaşvili karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
Matc.az xəbər verir ki, "Başakşehir" gürcüstanlı futbolçunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
17 yaşlı sol cinah müdafiəçisi ilə 4+1 illik müqavilə imzalanıb. Gənc oyunçu 18 yaşı tamam olduqdan sonra, yəni 2026/2027 mövsümünün əvvəlində İstanbul təmsilçisinin düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, Saba Xarebaşvili "Dinamo"nun yetirməsidir. Gürcüstan U-21 millisinin üzvü 2024-cü ildən Tbilisi klubunun əsas komandasında çıxış edir.












