09 Fevral 2026, 17:03
FUTBOL
Fransanın "Renn" klubu baş məşqçi Həbib Beye ilə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
48 yaşlı seneqallı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Həbib Beye 2025-ci ilin yanvarından "Renn"i çalışdırırdı. Komanda ölkə çempionatında 21 turdan sonra 31 xal toplayıb və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.












