"Mançester Yunayted" İngiltərə Premyer Liqasının 26-cı turunda səfərdə "Vest Hem"in qonağı olacaq.

Matc.az xəbər verir ki, "qırmızı şeytanlar" oyuna ciddi itkilərlə çıxacaq. Bu barədə baş məşqçi Maykl Kerrik məlumat verib.

Müdafiəçisi Matteys De Liqt və yarımmüdafiəçi Meyson Maunt komandaya kömək edə bilməyəcəklər. Hər iki futbolçu zədəlidir.

Qeyd edək ki, "Vest Hem" - "Mançester Yunayted" qarşılaşması 11 fevral tarixində keçiriləcək və Bakı vaxtı ilə saat 00:15-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest