09 Fevral 2026, 19:20
FUTBOL
"Volfsburq"un müdafiəçisi Konstantinos Kulierakis karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Calciomercato" nəşri məlumat yayıb.
"İnter" və "Yuventus" yunanınstanlı futbolçunu transfer etmək istəyirlər. 22 yaşlı mərkəz müdafiəçisinin Almaniya klubu ilə müqaviləsində 35 milyon avroluq sərbəstqalma məbləği yer alıb.
Qeyd edək ki, Konstantinos Kulierakis bu mövsüm "Volfsburq"un heyətində keçirdiyi 20 oyunda 1 qol vurub.












