09 Fevral 2026, 15:00
FUTBOL
"Boka Xuniors"un futbolçusu Kevin Zenon karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "El Crack Deportivo" nəşri məlumat yayıb.
"Fənərbaxça" argentinalı vingerin xidmətində maraqlıdır. İstanbul təmsilçisi 24 yaşlı oyunçunu yayda heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, Kevin Zenon 2024-cü ilin yayından "Boka Xuniors"da çıxış edir. O, komandanın heyətində keçirdiyi 82 oyunda 10 qol vurub, 7 qol ötürməsi edib.












