"Əl-Nəsr"in hücumçusu Con Duran karyerasını Rusiyada davam etdirəcək.

Matc.az xəbər verir ki, "Zenit" kolumbiyalı futbolçunu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı forvard mövsümün sonuna qədər Sankt-Peterburq təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Con Duran mövsümün ilk yarısında icarə əsasında "Fənərbaxça"da çıxış edib. O, İstanbul nəhənginin heyətində keçirdiyi 21 oyunda 5 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest