07 Fevral 2026, 18:36
FUTBOL
Hazırda "Jirona"da icarə əsasında çıxış edən "Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen əməliyyat olunub.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Alman qapıçı İspaniya La Liqasının 22-ci turunda "Oviedo"ya qarşı (0:1) oyunda sol bud əzələsindən zədə alıb.
Onun sağalmasının ən azı 2 ay çəkəcəyi bildirilir. Son iki mövsümdə ardıcıl zədələr səbəbindən alman qapıçı cəmi 12 rəsmi oyunda iştirak edib.












