15 Aprel 2026, 12:58
FUTBOL
"Yuventus" Manuel Lokatellinin müqaviləsinin müddətini uzatmağa yaxındır.
Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Turin təmsilçisi artıq kapitanla razılıq əldə edib. İtaliya millisinin üzvü ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanacaq. 28 yaşlı dayaq yarımmüdafiəçisinin klubla hazırkı sözləşməsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, Manuel Lokatelli bu mövsüm "Yuventus"un heyətində bütün turnirlərdə keçirdiyi 41 oyunda 3 qol vurub, 2 qol ötürməsi edib.



_1776425132.jpg)


_1776423003.jpg)





