15 Aprel 2026, 14:27
FUTBOL
"Nyukasl"dakı çıxışı ilə tanınan Conco Şelvi karyerasını başa vurub.
Matc.az xəbər verir ki, bu barədə ingiltərəli futbolçunun formasını geyindiyi "Arabian Falkons" klubu məlumat yayıb.
34 yaşlı yarımmüdafiəçi bundan sonra məşqçi kimi fəaliyyyət göstərəcək. O, son klubu olan Birləşmiş Ərəb Əmirlikləri təmsilçisinin baş məşqçisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Conco Şelvi karyerası ərzində "Çarlton", "Liverpul", "Blekpul", "Suonsi", "Nottingem Forest", "Rizespor", "Eyüpspor" və "Börnli"də çıxış edib. Təcrübəli futbolçu İngiltərə millisinin heyətində 6 oyun keçirib.


_1693390777.png)









