15 Aprel 2026, 13:59
FUTBOL
"Liverpul"un yarımmüdafiəçisi Körtis Cons Premyer Liqada klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Anfield Watch" portalı məlumat yayıb.
"Mançester Siti", "Çelsi" və "Nyukasl" ingiltərəli futbolçunun xidmətində maraqlıdır. Hər üç klubu Consun nümayəndələri ilə əlaqə saxlayıb.Mersisayd təmsilçisi müqaviləsi gələn ilin yayında başa çatan 25 yaşlı oyunçu üçün gələn təklifləri dəyərləndirəcək.
Qeyd edək ki, Körtis Cons bu mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə keçirdiyi 43 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.




_1776431002.jpg)




_1776425132.jpg)


_1776423003.jpg)