"Real" yay "transfer pəncərəsi"ndə əsas komandasının hücumçularından biri ilə yollarını ayırmağı planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Athletic" paylaşıb.

Bildirilir ki, Madrid klubu mövsümün sonunda ispan hücumçusu Qonsalo Qarsiyanı satmaq istəyir. "Kral klubu" 22 yaşlı oyunçunun gələcək satış qiymətinin 50%-ni almaq hüququnu özündə saxlamağı planlaşdırır.

Qeyd edək ki, Qarsiya bu mövsüm "Real"ın heyətində bütün yarışlarda 33 oyunda meydana çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest